Makalu (,Mǎkǎlǔ Shān — "Qara nəhəng") (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir.
Coğrafiyası Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: №ZirvəHündürlük, m1Əsas Makalu84812Cənub-şərqi Makalu8010 Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir. Onu bəzən Makalu II adlandırırlar.
Tarixi Makalu dağı avropalılara XIX əsrin ikinci yarısında məlum olsa da, ilk dağa dırmanış cəhti 1950-ci illərin ortalarında baş vermişdir. Mahlanqur-Himalda yerləşən əsas səkkizminliklərdən Lhotze və Makalu bir növ Everestin kölgəsində qalmışdır. Əksər ekspedisiyaların məqsədi dünyanın ən yüksək zirvəsini fəth etmək olduğundan Makaluya az diqqət ayrılmışdır.
Dırmaşma xronologiyası Müasir dövrdə (2015) Makalunun zirvəsinə 17 marşrut müəyyən olunub.
1954-cü ildə Kaliforniya alpinist klubunun ekspedisiyası ilk dəfə olaraq zirvəyə qalxmağa cəht edir. Amerikalılar ancaq 7060 metr yüksəkliyə çata bilirlər. Həmən ilin payızında fransız alpinistlər bu əraziyə kəşfiyyat məqsədli ekspedisiya təşkil etdir. 1955-ci ilin yazında Jan Frankonun rəhbərlik etdiyi fransız ekspedisiyasının üzvləri zirvəni ilk dəfə olaraq fəth etdilər. 1970-ci ildə yaponlar ikinci dəfə olaraq Makalunu fəth etdilər.
Barun vadisi Makalu dağının ətəyində Barun vadisi yerləşir. Vadi bütövlükdə Makalu Barun Milli Parkında yerləşir. Bura 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır.Bhuju, U. R., Shakya, P. R., Basnet, T. B., Shrestha, S. (2007). Nepal Biodiversity Resource Book. Protected Areas, Ramsar Sites, and World Heritage Sites . International Centre for Integrated Mountain Development, Ministry of Environment, Science and Technology, in cooperation with United Nations Environment Programme, Regional Office for Asia and the Pacific. Kathmandu, Nepal. ISBN 978-92-9115-033-5 Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.Carpenter, C. and R. Zomer (1996). Forest ecology of the Makalu-Barun National Park and Conservation Area, Nepal. Mountain Research and Development 16 (2): 135–148. Milli park şimalda yerləşən Tibet muxtar regionundakı Comolunqma Milli Təbiət Qoruğu ilə beynəlxalq sərhədə malikdir. thumb|290x290px|Everest bölgəsi. Dünyanın ən hündür zirvələri
Xarici keçidlər Makalu on SummitPost Makalu on Peakware The British Services Makalu Expedition 2004
İstinadlar
Kateqoriya:Himalay Kateqoriya:Çin dağları Kateqoriya:Nepal dağları Kateqoriya:Dağ zirvəsi – səkkizminliklər Kateqoriya:Çin–Nepal sərhədi Kateqoriya:Sankxuvasabxa rayonu