Yetkinlik yaşı — qanunla şəxsin tam fəaliyyət qabiliyyətli hesab olunduğu yaş. Yetkinlik yaşına çatanlar həmin andan sonra artıq öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilirlər, eləcə də himayəçiliyə və valideynlərinin onların hərəkətlərinə görə hüquqi məsuliyyətinə xitam verilmiş olur. Əksər dövlətlərdə yetkinlik yaşı 18 yaşdır. Yetkinlik yaşı şəxsin psixi pozuntusu və cinsi inkişafı ilə əlaqədar deyil.

Yetkinlik yaşı keçid dövrü, cinsi əlaqədə olmaq yaşı, nikah yaşı, məktəbi bitirmək yaşı, alkoqollu içkilər qəbul etmək, nəqliyyat vasitəsini idarə etmək, səsvermə yaşı, tütün məmulatlarından istifadə, qumar yaşı və s. ilə qarışdırılmamalıdır. Onların hər biri ayrılıqda müəyyən edilir.

Şəxs yetkinlik yaşına çatsa da, yaş məhdudiyyətinə məruz qala bilər: məsələn, seçkili və təyinatlı vəzifələrdə belə məhdudiyyət tətbiq edilir.

Haqqında Yetkinlik yaşı bəzən lisenziya yaşı ilə qarışdırılır. Hüquq termini kimi "lisenziya" "icazə" mənasını verir və qanunla müəyyən hüquq və imtiyazları əhatə edir. Odur ki, lisenziya yaşı şəxsin müəyyən fəaliyyətlə məşğul olması üçün dövlət orqanlarından icazə almağa imkan verən müddəti ehtiva edir. Başqa sözlə, yetkinlik yaşı şəxsin yetkin olmasının dövlət tərəfindən tanınmasıdır.

Mülki hüquqda Bir çox dövlətlərdə yetkinlik yaşına çatmayanlar emansipasiya olunur: yurisdiksiyadan asılı olaraq, bu, nikah, iqtisadi cəhətdən özünü təmin etmək, elmi dərəcə və ya diplom almaqla və ya hərbi xidmətdə iştirak etməklə mümkündür. ABŞ-nin bütün ştatlarında emansipasiyanın müəyyən formaları tanınır..

Müvafiq siyahı dövlətlərdə aşağı həddən başlayaraq yüksək həddə qədər yetkinlik yaşını göstərir:

15 yaşadək

– yetkinlik yaşı cinsi yetkinliyin (həddi-büluğ) fiziki əlamətlərinə əsaslanır və yuxarı həddi 15-dir. . – hicri-qəməri təqvimlə qadınlarda 9, kişilərdə 15 yaş.

15 yaş

Qeyd:Yaş həddini 18-ə çatdırmaq üçün qanun layihəsi hazırlanıb.

16 yaş

(qadınlar)

17 yaş

18 yaş

Civil Code of the Republic of Albania

Article 476 Civil code of Belgium.

(Farer adaları və Qrenlandiya da daxil olmaqla) Interpol report on Djibouti(in French)

§ 2 Bürgerliches Gesetzbuch (BGB)

Guinea-Bissau

Indian Majority Act Iraqi Civil Law: Its Sources, Substance, and Sundering

(2022~)

APC.org Malta Civil Code Section 157

(kişilər) Qanunda düzəliş

Republic Act No. 6809 , 13 December 1989, Chan Robles Law library

Age of Majority (Jersey) Law 1999

The Age of Majority (Alderney) Law, 2001 , guernseylegalresources.gg .

19 yaş

:::: 법률지식정보시스템 ::::. Likms.assembly.go.kr. Retrieved on 11 April 2012.

20 yaş thumb|right|Yaponiyada Yaş Günü mərasimi

(2022-ci ilədək)

21 yaş

Sexual Offences Laws – Countries. Interpol.int (2011–01-31). Retrieved on 11 April 2012.

Ordonnance 62–041 du 19 septembre 1962 relative aux dispositions générales de droit interne et de droit international privé

Həmçinin bax Gənclik

İstinadlar

Kateqoriya:Hüquqi fiksiyalar Kateqoriya:Hüquqi terminlər