Almaz Ələsgərova () — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası.

Həyatı Almaz Ələsgərova 1985–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Karyerası boyunca oxuduğu populyar mahnılar arasında Alim Qasımov ilə duet "Səni axtara-axtara", "Qadasın alım", "Uçan quş", "Necə unudum səni", "Gözəlim", "İlk məhəbbətim", "Bu sevgi" (İlqar Muradov ilə duet), "Sevgilim" (Heydər Anatollu ilə duet), "Novruzum", "Yazığım gəlir sənə" və başqaları. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq ilə də məşğuldur.

2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.

Teatr səhnəsində ifa etdiyi rollar: Şəfiqə-"Baladadaşın toy hamamı"(Elçin) Tünzalə-"Amerikalı kürəkən" (Ramiz Mirişli,Marat Haqverdiyev) Cahan xala- "Arşın Mal Alan" (Üzeyir Hacıbəyov)

Fəxri adları, mükafatlar, nailiyyətlər 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olmuşdur. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır.

Albomları +TarixAd2001İlk Məhəbbət2006Taleyin Qisməti

Klipləri +SayAdTarix01Səni Axtara-Axtara ft. Alim Qasımov198702Sən Demə, Təzədən Sevmək Olarmış03Унесенные Ветром04Yazığım Gəlir Sənə200005Sənsiz Də Xoşbəxtəm200106Sənsizəm200207Gecikmiş Məhəbbət200508Qal Mənimlə200609Əhsən200710Məleykə Salam feat. Anar Nağılbaz200711Gedirəm201112Bulud Yağmura Aşiq201313Ulu Öndər201414Mən Sənsiz2016

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları