Sərvət Təzəgül (; ) — Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu
Həyatı 26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir.
Karyerası 5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.
İstinadlar
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiyada qızıl medalı olan Türkiyə idmançıları Kateqoriya:2013 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:Taekvondo üzrə Avropa çempionları