Eurocopter EC725 Caracal/Super Cougar və ya Airbus Helicopters H225M — Airbus Helicopters şirkəti tərəfindən istehsal edilən taktiki nəqliyyat helikopteri. Eurocopter AS532 helikopterlərinin üzərindən təkmilləşdirilmişdir və helikopter hərbi birləşmələrin bir yerdən digər yerə daşınması, təxliyə və müharibə zamanlarında axtarma-qurtarma vəzifələrinin icrası üçün istifadə edilir. İlk uçuşu 27 noyabr 2000-ci ildə olub.

Texniki xüsusiyyətləri Ekipajı: 1 və ya 2 nəfər Daşıma qabilliyyəti: 28 əsgər və ya 5670 kq yük Uzunluğu: 19.5 metr Pərinin (vintinin) uzunluğu: 16.20 metr Hündürlüyü: 4.6 metr Pərinin sahəsi: 216.1 m² Boş çəkisi: 5330 kq Maksimal yükqaldırma qabiliyyəti: 5500 kq Motor: 2 x Turboméca Makila 2A1 qazturbin mühərriki

İstifadəçilər Braziliya İndoneziya Fransa Qazaxıstan Küveyt Malayziya Meksika Sinqapur Tayland

Kateqoriya:Vertolyotlar

Kateqoriya:Hərbi vertolyotlar

Kateqoriya:Əlifba sırasına görə uçan aparatlar

İstinadlar