İsfəndiyar Əli oğlu Bərxu və ya İsfəndiyar Coşqun () — Azərbaycan Milli-azadlıq Hərəkatının fəallarından biri, Azərbaycan Milli Hökümətinin fədai dəstələrinin üzvü, dissident, ustad qarmon ifaçısı və şair.Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun
Həyatı İsfəndiyar Əli oğlu Bərxu 1929-cu il (pasportda 1925-ci il) sentyabrın 14-də Gəncə şəhərində, Cənubi Azərbaycandan olan mühacir ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkirdə keçirmişdir.
Sonradan Stalinin əmrinə əsasən İrandan və Cənubi Azərbaycandan olan mühacirlərin ölkədən çıxarılması zamanı İsfəndiyar Bərxunun da ailəsi Azərbaycan SSR-dən çıxarılmışdır.
Fəaliyyəti Azərbaycan Milli Höküməti dövrü 1941-ci ilin iyun ayının 22-də alman-sovet müharibəsi başladıqdan sonra Qızıl Ordu hissələri Sovet-İran müqaviləsinin (1921-ci il) 6-cı maddəsinə görə İrana daxil oldular. İranda siyasi iqlim yumşaldı və siyasi təşkilatlar fəaliyyətə başladı. 12 yaşlı İsfəndiyar Bərxu da bu təşkilatlardan birinə kömək edirdi.
1945-ci ilin dekabrın 12-də Təbrizdə Azərbaycanın Milli Hökuməti elan edildikdə, onu qorumaq məqsədi ilə fədai dəstələri yaradıldı. 16 yaşlı İsfəndiyar Bərxu da əlinə silah alaraq fədailərə qoşulmuşdur. Azərbaycan Milli Hökumətinə savadlı hərbi kadrlar lazım olduğundan 1946-cı ilin iyulunda bir qrup gənc Bakıya hərbi məktəbə oxumağa gəldi. Onların arasında İsfəndiyar da var idi.
1946-cı ilin dekabrın 21-də Azərbaycan Milli Hökuməti süqut etdi. Hökumət üzvləri və onları dəstəkləyən minlərlə insan qətlə yetirildi. 1947-ci ilin iyun ayında Milli Hökumətin rəhbəri S.C.Pişəvəri Yevlax rayonunda təşkil edilmiş sui-qəsd nəticəsində avtomobil qəzasında həlak oldu.
Sovet dövrü 1948-ci ilin əvvəllərində İsfəndiyar Bərxu və İsmayıl Təriqpeyman Bakıda "Gənc Qvardiçilər" (Qvardiyaçılar) adlı təşkilat yaratdılar. Təşkilatın əsas məqsədi Cənubi azərbaycanlı gənclər arasında siyasi təşviqat aparmaq olmuşdur.
1948-ci ilin sonlarında Nəcəf adlı bir nəfərin xəyanəti nəticəsində təşkilatın əksər üzvləri, başda İsmayıl Təriqpeyma olmaqla tutulub Sibirə göndərildilər. İsfəndiyarın adı təsadüf nəticəsində siyahıda olmadığından o, həbs edilmədi.
Azərbaycan Demokrat Firqəsinin, başda Qulam Yəhya Danişyan olmaqla, sovetpərəst siyasətini İsfəndiyar Bərxu və Məhəmməd Hatəmi kimi inqilabçı gənclər xoşlamırdı və etiraz edirdilər. 1960-cı illərin əvvəllərində ADF-nin rəhbərliyinin M.Hatəmini partiya sıralarından çıxarmasına etiraz olaraq İsfəndiyar və bir qrup gənc partiya biletlərini təhvil verdilər.
Dissident fəaliyyəti 1960-cı illərin əvvəllərində ADF rəhbərliyinin Məhəmməd Hatəmini partiyadan çıxarmasına etiraz olaraq İsfəndiyar Burxu və bir necə gənc partiyadan çıxdılar. Bundan sonra İsfəndiyar Burxunun SSRİ əleyhinə dissident fəaliyyəti başlamışdır."Ölümlə üz-üzə dayansaq da, biz dünyanın xoşbəxt insanları idik"
Bu illərdə İsfəndiyar Bərxu sovet sisteminə qarşı kəskin şeirlər yazmağa başladı və özünə təxəllüs də seçdi: "Coşğun". O, bu illərdə yazdığı "Yazmamışam, yazammaram", "Qorxulu heykəl", "Bəsdir daha yatdığımız", "Yest takaya partiya", "Vəzirov", "Hökmdar" və b. əsərlərində Kommunist Partiyasını və sovet rejimini tənqid etmişdir.
1987-ci ilin əvvəllərində Bəxtiyar Tuncay, rəssam Tofiq Aslan, hüquqşünas Fuad Ağayev, Ənvər Yusif Börusoylu və Məhəmməd Hatəmi Tantəkin birlikdə "Çənlibel" Elmi-Ədəbi Birliyini yaratmışdır.
1989-cu ilin mayın 21-də İ.Coşğunun ümumi rəhbərliyi altında "Birlik" Cəmiyyətinin təsis yığıncağı keçirildi.
1989-cu ilin iyunun 4-ü və 11-də "Spartak" stadionunda keçirilən mitinqin təşkilatçısı olan İsfəndiyar Bərxunun iyulun 8-də təşkil etdiyi mitinq əsgərlər tərəfindən dağıdıldı. İsfəndiyar Bərxunun da daxil olduğu 31 nəfər həbs edildi.
Musiqiçi fəaliyyəti Ustad qarmon ifaçısı olan İsfəndiyar Bərxu radio üçün "Hümayun" muğamını qarmonda ifa edən ilk musiqiçidir. 1960-cı illərdə ən məşhur qarmon ifaçılarından olan İsfəndiyar Bərxu, bu musiqi alətində öz üslubunu yaratmışdır.
Şairlik fəaliyyəti 1960-cı illərdən şair kimi Sovetləri tənqid edən şerlər yazmağa başlayan İsfəndiyar Bərxunun şerləri ("Yazmamışam, yazammaram", "Qorxulu heykəl", "Bəsdir daha yatdığımız", "Yest takaya partiya", "Vəzirov", "Hökmdar" və b.) Azərbaycan Milli-azadlıq hərəkatı zamanı xeyli məşhurluq qazanmışdır. Meydan hərəkatı zamanı məşhur olan şerlərindən bəziləri bunlardır:
İsfəndiyar Bərxunun Sovetpərəst şairlər haqqında şeri:
İsfəndiyar Bərxu 1979-cu ildə yazdığı şeri:Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun
İsfəndiyar Bərxunun 1982-ci ildə yazdığı və Kommunist partiyasını tənqid etdiyi şeri:
Ölümü Həbs edildikdən sonra ona qarşı Azərbaycan SSR Cinayət Məcəlləsinin 188-ci maddəsinin 3-cü və 4-cü bəndinə və 189-cu maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən cinayət işi qaldırıldı. İyulun 21-də onu və digər dustaqları Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürdülər. Buradakı kameraya qaz buraxılması İsfəndiyar Bərxunun pisləşməkdə olan səhhətini daha da ağırlaşdırdı. Avqustun 9-da onu həbsxanadan buraxdılar. Həbsxana həyatı onun səhhətinə ağır təsir göstərdi və o, bir daha siyasi mübarizəyə qayıda bilmədi. 1991-ci ilin avqustun 23-də 62 yaşında (pasport üzrə 66) dünyasını dəyişdi.
Həmçinin bax Meydan hərəkatı
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan dissidentləri Kateqoriya:Azərbaycan qarmonçuları Kateqoriya:İran azərbaycanlıları