Səməd Vurğunun heykəli — Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), 2 dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956) Səməd Vurğunun xatirəsinə ucaldılmış abidə.
Abidənin qoyulması 1960-cı ildə heykəltaraş Fuad Əbdürəhmanov tərəfindən hazırlanan heykəl o dövrdə Oktyabr meydanı adlanan parkda qoyulmuşdur. Heykəlin memarı Mikayıl Hüseynovdur. Heykəlin qoyulduğu park hazırda Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı adlanır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Səməd Vurğun Kateqoriya:Şairlərin heykəlləri Kateqoriya:Bakıdakı heykəllər