ABŞ superqəhrəman teleserialı olan "Fleş"in birinci mövsümünün premyerası 7 oktyabr 2014-cü ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 19 may 2015-ci ildə yayımlanmışdır. Serial, superinsan sürətinə malik olan və cinayətkarlıqla mübarizə aparan DC Comics kostyumlu superqəhrəmanı Barri Allen / Fleşə həsr edilmişdir. Serialda hadisələr, “Ox” teleserialı ilə eyni uydurma kainatda baş verir. Serialın istehsalı ilə “Berlanti Productions”, “Warner Bros. Television” və “DC Entertainment” məşğul olmuşlar. Birinci mövsümün şouranneri Endryu Kreysberqdir.

Serialda Qrant Qastin tərəfindən canlandırılan Allen superinsan sürəti qazandıqdan sonra cinayətkarlığa, həmçinin superinsan bacarığını cinayət məqsədi ilə istifadə edən digər insanlara qarşı mübarizə aparır. Əsas aktyor heyətinə Qastinlə yanaşı Kendis Petton, Daniella Panabeyker, Rik Kosnett, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin daxildir. Mövsümün əsas çəkilişləri Vankuver, Britaniya Kolumbiyası, Kanadada aparılmışdır.

Serialın pilot seriyası 4.8 milyon nəfər tərəfindən izlənərək 1.9 18–49 demoqrafik reytinqi qazanmış və beləcə “Fleş” 2009-cu ildə “Vampirin gündəlikləri” serialının göstərdiyi nəticədən bəri The CW telekanalında ən yaxşı nəticəni göstərmişdir. O, həm də “90210” serialından sonra telekanalın 18–49 yaşlılar arasında ikinci ən çox izlənən premyerası olmuşdur. Mövsüm 118-ci yerlə qərarlaşaraq, hər seriyayda ortalama 4.62 milyon izləyici zayı ilə serialı The CW telekanalının 18-49 yaşlılar arasında ən çox ən çox izlənən serialı, həmçinin 18+ kişilər arasında ən çox izlənən kabel televiziyası serialına çevirmişdir. “Fleş”in birinci mövsümü tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. Serialın ikinci mövsümünün çəkiləcəyi telekanal tərəfindən 11 yanvar 2015-ci ildə elan edilmişdir. Məzmunu

S.T.A.R. Labs-da zərrəcik sürətləndiricisinin partlaması zamanı əmələ gələn şimşək Sentral-siti Polis Departamentinin məhkəmə tibb eksperti Barri Alleni vurur. Doqquz aylıq komadan sonra həmin laboratoriyada gözünü açan Barri öyrənir ki, kumiri olan doktor Harrison Uells və onun köməkçiləri doktor Keytlin Snou və Sisko Ramon bütün bu müddət ərzində ona qulluq ediblər. Tezliklə Barri öyrənir ki, onda superinsan sürəti ilə qaçmaq bacarığı peyda olub, həmçinin zərrəcik sürətləndiricisinin partlaması şəhərdə çoxlu sayda metainsanların ayaranmasına gətirib çıxarıb. Sisko Barrinin sürətinə tab gətirə biləcək kostyum hazırlayır. Barri illər öncə anasını qətlə yetirmiş şəxsi tapmağa and içir və həmin qatilin supersürətə malik metainsan olduğunu düşünür. Starlinq-sitiyə gələn Barri bütün bunları Oliver Kuinə danışır. Ox, Barriyə Sentral-sitinin qoruyucu mələyi və əsl qəhrəman olmağı məsləhət görür.

İlk seriyadan başlayaraq doktor Harrison Uellsin hansısa şəxsi maraqları olduğu göstərilir. Birinci seriyada məlum olur ki, o, özünü əlil kimi göstərsə də, əslində yeriyə bilir. Məlum olur ki, Uells zərrəcik sürətləndiricisinin partlaması təhlükəsindən xəbərdar olub və gizli kamera vasitəsiylə Barrini şimşək vurmasını müşahidə edib. Bir müddət sonra Barrinin anasını öldürmüş Əksinə Fleş yenidən şəhərdə peyda olur və detektiv Co Vestə xəbərdarlıq edərək bildirir ki, onun haqqında araşdırmaları davam etdirsə Ayrisi öldürəcək. Məlum olur ki, doktor Uellsin S.T.A.R. Labs-da gizli otağı var. Bir müddət sonra alimin həmin otaqda Əksinə Fleş kostyumunu gozlətdiyi və Fleşin gələcəkdən gəlmiş düşməni olduğu ortaya çıxır.

Əksinə Fleşlə yanaşı birinci mövsümdə Barri Kapitan Soyuq, General Veyd Eylind, Qorilla Qrodd, Plastik, Kələkbaz, Qızıl Qlayder, Hava tilsimkarı, İstilik dalğası kimi kanonik düşmənləri ilə də qarşılaşmalı olur.

Rollarda

Əsas heyət Qrant Qastin - Barri Allen / Fleş Kendis Petton - Ayris Vest Daniella Panabaker - Keytlin Snou Rik Kosnett - Eddi Toun Karlos Valdes - Sisko Ramon Tom Kavanaq - Harrison Uells Cessi L. Martin - Co Vest

İkinci heyət Robbi Amell - Ronni Reymond / Alov qasırğası Klensi Braun - General Ueyd Eylinq Viktor Qarber - Martin Şteyn / Alov qasırğası Mişell Harrison - Nora Allen Rocer Houart - Meyson Bric Males Cou - Linda Park Uentuort Miller - Leonard Snart / Kapitan Soyuq Patrik Sabongui - Devid Sinq Con Uizli Şipp - Henri Allen

Qonaq ulduzlar

Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon)

İstehsal İnkişaf

30 iyul 2013-cü ildə “Ox” yaradıcıları Qreq Berlanti və Endryu Kreysberq, “Ox”un pilot seriyasının rejissoru Devid Natter və DC Comicsin Baş kommersiya məmuru Ceff Consun The CW telekanalı üçün DC Comicsin Fleş adlı personajı haqqında serial hazırlaması və serialın Barri Allenin mənşəyi və həyatına həsr olunacağı haqqında məlumat yayılmışdır. Elanın yayılmasından sonra Kreysberq bildirir ki, Allen ilk öncə “Ox”un ikinci mövsümünün üç seriyasında – hər üç seriya Berlanti, Kreysberq və və Cons tərəfindən yazılmışdır - ikinci plan aktyoru kimi təqdim ediləcək və üçüncü seriya yeni serial üçün bekdor-pilot rolunu oynayacaq. Kreysberq əlavə edir ki, Allen məhkəmə tibbi ekspertiza mütəxəssisi olacaq, personajın supergüc qazanması elmi əsaslandırılacaq, personajın reaksiyası isə təbii olacaq. Cons bildirir ki, personaj həm kostyum həm də loqosuna görə komikslərdəki adaşı ilə oxşar olacaq. Kreysberq əlavə edir: “Heç bir qəribə kostyum və ya kod adı olmayacaq, o, Fleşdi.” Fleşin sürət işığının təsvir edilməsi yollarını axtaran Cons deyir ki, o, “ətrafdakı sabit dumanlanma” kimi görünməyəcək.

Nəticədə Barri “Ox” serialında cəmi iki seriyada görünmüş, bekdor-pilot isə təxirə salınaraq, onun materialları əsasında normal pilot seriyası çəkilmişdir. Bu qərar, yaradıcı heyətə daha geniş imkan verərək Barrinin hekayəsini daha ətraflı danışmağaşərait yaratmışdır. Pilot seriyası rəsmi olaraq 29 yanvar 2014-cü ildə sifariş edilmiş, ssenari Berlanti, Kreysberq və Cons yazmış, rejissorluğunu isə Natter etmişdir. 8 may 2014-cü ildə “Fleş” serialının on üç seriyasının çəkilməsi sifariş edilmişdir. Daha üç ssenari sentyabrda sifariş edilmiş, onların bəyənilməsindən sonra isə daha 10 seriya safariş edilmişdir.

2014-cü ilin iyulunda Cons serialı “bütün zamanların ən uğurlu DC Comics uyğunlaşdırması” kimi təsvir edərək deyir ki, “Biz personajın mifologiyası ilə bağlı hər şeyi istifadə edərək, S.T.A.R. Labsın iştirakı ilə mənşə hekayəsi yaratmışıq.” 2014-cü ildə Cons DC-nin serial və kino kainatlarına münasibətdə Marveldən fərqli mövqe tutaraq onları ayıracaq, beləliklə də, bir-birində ayrı multikainatlar formalaşdırılaraq hər “hər kəsin ən yaxşı hekayələri ən yaxşı formada təqdim etməsinə” imkan yaradılacaq.

Aktyor seçimi 150px|thumb|right|upright|Qrant Qastin serialda Barri Allen / Fleş rolunu canlandırır 13 sentyabr 2013-cü ildə Qrant Qastinin Barri Allen / Fleş rolunu canlandıracağı elan edilir. Aktyor seçimi zamanı Qastinlə yanaşı sonradan Hartli Retevey rolunu canlandıran Endi Mientus da sınaqdan keçirilmişdi. Hələ dinləmələr zamanı Qastin personajı öyrənməyə və mümkün qədər çox komiks oxumağa başlamışdır. Personajla bağlı bütün komiksləri oxumağa vaxt çatdırmayacağını anlayan Qastin daha çox The New 52 seriyası üzərində diqqətini cəmləşdirmiş, həmçinin həmin seriyadan olan komikslərin “görünüş və hiss” baxımından seriala daha yaxın olduğunu düşünmüşdür. 2014-cü ilin oktyabrında Cessi L. Martin detektiv Co Vest rolu üçün seçilmiş, Rik Kosnettin Eddi Toun, Daniella Panabekerin isə Keytlin Snounu canlandıracağı bildirilmişdir. 2014-cü ilin fevralında Kendis Petton Ayris Vest, Karlos Valdes isə Sisko Ramon rolları üçün seçilmişdir. Pettonun seçimi komiks fanatları arasında ciddi narazılıqlara səbəb olmuşdur ki, bunun da səbəbi komiks kitablarında Ayrisin tipik ağdərili qız olması, aktrisanın isə qaradərili olmasıdır. 2014-cü ilin fevralında “The Hollywood Reporter” xəbər verir ki, qalan iki əsas rol Harrison Uells və Hartli Ratevey üçün yazılmalıdır. 10 fevral 2014-cü ildə Tom Kavanaq Harrison Uells rolu üçün seçilmiş və onun personajı “fiziklər arasında rok-ulduzu və Sentral-sitinin S.T.A.R. Labsının maddi və beyin mərkəzi” kimi təsvir edilir. Sonradan elan edilir ki, Harrison Uells əslində Eobard Toundur və Tounun öz simasını Mett Letşer canlandıracaq.

1990-cı illərdə yayımlanmış “Fleş” serialında rol almış bəzi aktyorlar bu serialda da rol almışlar. Həmin serialda Barri Allen / Fleş rolunu canlandırmış Con Uizli Şipp bu serialda Barrinin atası Dr. Henri Alleni canlandırmışdır. Amanda Peys idə doktor Tina MakGini canlandırmışdır. “Kələkbaz” adlı seriyada Mark Hemmil Ceyms Cessi / Kələkbaz, Vito D’Ambrosio isə mer Entoni Bellousu (həmin personaj 90-cı illərin serialında polis zabiti olmuşdur) canlandırmışdır. Hemmilin 1990-cı illərdə canlandırdığı “Kələkbaz” obrazı isə polis elanında istifadə edilmişdir.

Dizayn

Fleş kostyumu Kollin Atvud tərəfindən dizayn edilmişdir. Barrinin komikslərdəki kostyum dizaynının istifadə edilməsiinə baxmayaraq, dizayner əvvəlki Fleş canlandırmaları ilə müqayisədə daha “funksional və keyfiyyətli” kostyum hazırlamışdır.

Çəkilişlər

Pilot seriyanın istehsalına 2014-cü ilin martında başlanılmış, əsas çəkilişlər Vankuver, Britaniya Kolumbiyasında, əlavə çəkilişlər isə Portlend, Oreqonda baş tutmuşdur. Serialda döyüş səhnələrinin çəkilişini “Ox” serialının oxşar səhnələrinin çəkilişləri ilə müqayisə edən Qastin deyir ki, “[Ox]un çəkilişləri zamanı hərəkətlərin ardıcıllığı sizin ekranda gördüyünüz şəkildə davam edir və onlar həqiqətən də bütün hərəkətləri həyata keçirirlər. Biz isə çoxlu sayda boş ərazi çəkilişlər həyata keçiririk və daha sonra kadrda bizi həmin əraziyə yerləşdirirlər. Mən çoxlu döyüşürəm. Lakin, heç də həmişə bunu tam sürətlə etmək lazım olmur. Bəzən çəkiliş vaxtı ətrafda hər kəs donur və yalnız mən hərəkət edirəm. Bizim etdiyimiz bütün bu hərəkətlər çox yorucudur.”

Mövsümün qalan hissələrinin çəkilişləri 11 iyul 2014-cü ildə başlamış və 14 aprel 2015-ci ildə tamamlanmışdır.

Musiqi

“Ox” serialının musiqilərini yazan bəstəkar Bleyk Nili “Fleş”in də əsas bəstəkarı olmuş və ilk dəfə işə 2014-cü ilin aprelində “Pilot” seriyası üzərində işləmək üçün cəlb edilmişdir. Bəstəkar daha əvvəl “Ox”un “Alim” və “Üç ruh” adlı seriyalarında görünmüş Barri Allen üçün musiqi mövzusu yazmışdı. "The Scientist" adlandırılan həmin musiqi “Ox”un ikinci mövsümünün musiqi albomuna daxil edilmişdir. Bleyk Nili deyir ki, “O, “Ox”un musiqissindən fərqlənsə də ümumi stil və səslənmə tərzinə görə Ox kainatının tərkibinə daxil olduğu hiss olunur.”

18 dekabr 2018-ci ildə “WaterTower Music” leyblı Fleş Oxa qarşı crossover musiqisini satışa çıxarır. “Fleş”in birinci mövsümünün iki diskli film musiqisi 16 oktyabr 2015-ci “La La Land Records” leyblı tərəfindən çıxarılmışdır. Bütün musiqilər Bleyk Nili tərəfindən yazılmışdır.

Krossoverlər