Sultan Sahaq ( .; XIV əsr, Barzəncə, Cəlairilər sultanlığı – XV əsr, Şeyxan, Kirmanşah, Teymurilər dövləti) — kürd əsilli ruhani, Yarsanizm olaraq da bilinən Əhl-i Haqq əqidəsinin qurucusu və rəhbəri.
Bioqrafiya Sultan Sahaq XIV əsrdə Barzəncədə (indiki İraq Respublikasının Süleymaniyə mühafəzası) anadan olmuşdur. Sahaq Tövrat, İncil və Quranda istifadə olunan İshaq adının kürdcələşdirilmiş bir variantıdır. Əhl-i Haqq agioqrafiyasına görə, Sultan Sahaq şiə imamı olan Musa əl-Kazımın nəslindən gəlir. farsca olan orijinal mətn: نسبش بحضرت امام موسی کاظم(ع) میرسد، محل تولدش قریۀ (برزنجه) ناحیۀ (شاره زور) بخش (حلبجه) شهرستان (سلیمانیه) استان (کرکوک) کشور فعلی عراق است. Sultan Sahaqın atası Şeyx İsi Sufizmə meyilli olan şiə bir ruhani idi, anası Xatun-i Rəzbar isə yeddi arxanqeldən birinin təzahürü hesab edilirdi. Yarsanizm əqidəsinin üzvləri İsada olduğunu kimi, Sultan Sahaqın anadan olmasının da bakirə doğumu hadisəsi olduğuna inanır. Onun pərəstişkarlarına görə, Sultan Sahaq dinin dördüncü mərhələsini (Həqiqət) – Bayabas-i Pirdivari () mərhələsini Yerə təqdim etmişdir. O, daha sonra indiki İranın Həvrəman vilayətinə köçmüşdür. Əhl-i Haqq agioqrafiyasına görə, Sultan Sahaq Teymurilər dövlətinin banisi olan Əmir Teymurla tanış olduqdan sonra onun kahini seçilmişdir. Sultan Sahaq XV əsrdə Kirmanşah ostanında yerləşən Şeyxan kəndində vəfat etmişdir. Əhl-i Haqqın pərəstişkarları onun məqbərəsini ziyarətgah hesab edir.
Sultan Sahaqın təlimləri onun şagirdləri tərəfindən qeydə alınmış və daha sonra gorani dilində Kəlam-i Sərəncam adıyla nəşr edilmişdir. Əhl-i Haqqın pərəstişkarları ona Şah-i Həqiqət (), Sahib-Kəram, Saan Sahaqq və Xavəndikar kimi müxtəlif adlar vermişdir.
İstinadlar
Kateqoriya:XV əsr şəxsləri Kateqoriya:İraq kürdləri Kateqoriya:İran kürdləri Kateqoriya:Ruhi müəllimlər Kateqoriya:Yarsanizm Kateqoriya:Dinlərin baniləri