Səngi Muğan mayakı — Bakı arxipelaqına daxil olan Səngi Muğan adasında quraşdırılmış mayak. Azərbaycanda unikal formaya malik az saylı mayaklardan biridir.

Tarixi Səngi-Muğan adasındakı mayak 1891-ci ildə Fransada fransız mühəndis, memar və metal strukturlar ustası olan Qüstav Eyfelin hesablamalarına və çertyojlarına əsasən hazırlanmışdır. Mayak təxminən 50 metr hündürlüyü olan çuqun borudan ibarət idi. Ancaq adadakı palçıq vulkanlarından birinin püskürməsi zamanı alov 150 metr hündürlüyə fontan vurdu və mayakın çuqun borusu əridi. Sonradan burada yeni elektron mayak quraşdırıldır.

İstinadlar

Kateqoriya:Azərbaycan mayakları Kateqoriya:1891-ci ildə yarananlar Kateqoriya:Xəzər dənizi mayakları