Rəşad Rafiq oğlu Mehdiyev () – Azərbaycan Respublikasının əməkdar rəssamı (2015), Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki (2012), sənətşünaslıq üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997).

Həyatı Rəşad Mehdiyev 1 noyabr 1968-ci ildə rəssam ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. Təhsilini tamamladıqdan sonra bir müddət Moskvada yaşamış, sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunundan məzun olmuşdur. 1991-ci ildə Memar Sinan İncəsənət Universitetində təhsilini davam etdirmişdir.

2008-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir.

Ailəsi Xalq rəssamı Rafiq Mehdiyevin oğludur.

Sərgiləri 1987 – Azərbaycanın gənc rəssamlarının sərgisi,"BAC", Bakı 1990 – "BAC"ın fərdi təqdimatı, Bakı 1991 – "Trio", Gənc rəssamlar, İstanbul 1993 – "İdeal", şəkil, təqdimat, manej, Sankt-Peterburq 1995 – "Vanguard moda" festivalı, Tbilisi 1996 – Personal təqdimat "BAC", Bakı 1997 – "Avanqard hərəkatı", Bakı 1999 – Fərdi təqdimat "Maxim qalereyası", Bakı 2002 – Fərdi təqdimat "Lang Gallery", Vyana 2002 – Beynəlxalq Simpozium laureatı "Turksoy", İstanbul 2002 – "Venedik Desing" Art qalereyasının şəxsi sərgisi, Venesiya 2005 – Azərbaycan rəssamlarının sərgisi, Rusiyada Azərbaycan mədəniyyəti günləri, Moskva 2005 — Azərbaycan rəssamlarının sərgisi, Şaul 2006 – Vyana-Porchia sarayında fərdi təqdimat 2006 – U. N. O-da fərdi sərgi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmişdir. 2008 – Rəsmin annotasiyası. Xalça Muzeyi, Bakı 2012 – Fərdi sərgi. "Qız qalası"qalereyası. Bakı 2012 – "Yeddi" İncəsənət Sərgisi. Avropa Birliyi. 2012 – Azərbaycan incəsənətinin sərgisi. Tbilisi İncəsənət Muzeyi 2014 — Fərdi sərgi. Qəbələ 2015 — Fərdi sərgi. Müasir İncəsənət Muzeyi. Bakı

Mükafatları və üzvlükləri 1997 — Azərbaycan Rəssamlar İttifaqının üzvü 2012 — Rusiya Rəssamlıq Akademiyasının Fəxri Akademiki 2015 — Azərbaycan Respublikasının əməkdar rəssamı

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar