Qıpqırmızı qızıl () — Cəfər Pənahinin 2003-cü ildə dram janrında çəkdiyi film. Film 56-cı Kann kinofestivalında jürinin "xüsusi baxış mükafatı"na layiq görülüb.
Süjet Film zərgərlik mağazasının qarəti səhnəsi ilə başlayır. Hüseyin tabe olmayan mağaza sahibinə atəş açır. Sonra isə o siqnalizasiyanın işə düşməsinə görə tələyə düşdüyünü anlayır və çıxılmaz vəziyyətdə qaldığına görə özünü öldürür. Sonra isə film qəlbində özünün cəmiyyətdəki aşağı statusuna görə sıxılan, pitsa kuryeri olan Hüseyinin həyat hekayəsini göstərmək üçün iki gün əvvələ qayıdır.
Rollarda Hüseyin İmadəddin — Hüseyin Kamyar Şeysi — Əli Azita Rayedji — Hüseyinin həyat yoldaşı Şahram Vəziri — zərgər Ehsan Amani — çayxanadakı kişi Puranq Nakxael — varlı Kave Nəcmabadi — satıcı Sabir Safael — gənc əsgər
Çəkilişlər Baş rolun fiaçısı olan Hüseyin İmadəddin peşəkar aktyor olmayıb və həyatda doğrudanda pitsa kuryeri işləyir. Bundan başqa o həm də paranoid şizofreniyasından da əziyyət çəkirdi buna görə də çəkilişlərin aparılması zamanı bəzi çətinliklər olur. İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi filmdə bəzi səhnələrin kəsilməsini tələb etsə də Pənahi bununla razılaşmır və filmdə heç bir dəyişiklik etmir. Nəticədə film İranda qadağan olunur. Bu qadağa hələ də davam edir"Public enemy" , by Xan Brooks. The Guardian, 2 Sentyabr 2003. Accessed Nov 29, 2012.
Mükafatlar 2003-cü ildə Kann kinofestivalında jürinin "Xüsusi baxış" mükafatına layiq görülüb. 2003-cü ildə Beynəlxalq Çikaqo kinofestivalında "Qızıl Hüqo" mükafatına layiq görülüb. 2003-cü ildə Tbilisi kinofestivalında "Qızıl Prometey" mükafatına layiq görülüb.
İstinadlar
Xarici keçidlər Qıpqırmızı qızıl filmi
Kateqoriya:Cəfər Pənahinin filmləri Kateqoriya:Kann film festivalı Kateqoriya:İran haqqında filmlər Kateqoriya:2003-cü ilin filmləri Kateqoriya:Dram filmləri