Vüqar Qurban oğlu Məmmədov — Tibb elmləri doktoru, Hüquq elmləri doktoru, professor, məhkəmə-tibbi ekspert, hüquqşünas - tibbi hüquq, məhkəmə təbabəti, bioetika və insan hüquqları sahələrində milli və beynəlxalq ekspert
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini
ATU-nun məhkəmə təbabəti kafedrasının, BDU-nun kriminalistika və məhkəmə ekspertizaları kafedrasının və YUNESKO-nun insan hüquqları və informasiya hüququ kafedrasının, Azərbaycan İdman Akademiyasının, RF Seçenov Akademiyasının, ABŞ Harvard Universitetinin, Türkiyə, Pakistan, Ukrayna, İndoneziya, Qazaxıstanın 10-dan çox universitetlərinin professoru
Dünya Tibbi Hüquq Assosiasiyasının Birinci vitse-prezidenti, Baş katibi, İpək Yolu Ölkələrinin Məhkəmə Ekspertizaları Konsortsiumunun vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokurorun Ofisinin məhkəmə-tibbi ekspertiza üzrə dəvətli professoru
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda milli məsləhətçisi, Avropa regionu üzrə Əlillik və Sağlamlıq İşçi Qrupunun həmsədri, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, AMEA Rəyasət Heyətinin və YUNESKO-nun Azərbaycanda Bioetika, Elm və Texnologiyaların Etikası Milli Komitəsinin sədr müavini
Həyatı 1976–1986-cı illərdə Bakı şəhəri 42 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Məktəbin Komsomol komitəsinin katibi, Nəsimi rayon Komsomol təşkilatının büro üzvü olub.
1986–1992-ci illərdə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirib. Adlı Təqaüdçü olub. Fakültənin, Universitetin Komsomol komitəsinin üzvü olub, 1991-ci ildə Azərbaycan Respublikasının Komsomol təşkilatının Mərkəzi Komitəsinin büro üzvü seçilib.
1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında kliniki ordinatura təhsili aldı. 1994–1997-ci illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında aspirantura təhsili almışdır, 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən ATU-nun Məhkəmə təbabəti kafedrasında assistent, 2006-cı ildən dosent, 2010-cu ildən professor vəzifəsində çalışır.
1995-ci ildə Böyük Britaniyanın Dundee University məhkəmə təbabəti kafedrasında ixtisasartırma keçmişdir.
1997–2000-ci illərdə Dağıstan Dövlət Universitetinin Dövlət və Bələdiyyə İdarə Etmə və Hüquq fakültəsində təhsil alıb.
1997–1998-ci ildə Azərbaycan Hökuməti ilə BMT proqramlarının narkotiklərə nəzarət proqramalarında çalışmış, Azərbaycan Hökumətinin təqdimatı ilə Böyük Britaniyanın Glasgow University məhkəmə təbabəti və məhkəmə toksikologiyası kafedrasında, UNDCP-nin Əməkdaşlıq mərkəzində Bioloji materiallarda narkotiklərin analizi üzrə ixtisasartırma və treyninqlər keçmişdir.
1999–2004-cü illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb.
2001-ci ildə ABŞ Dövlət Departamentinin RSEP programının qalibi olaraq, ABŞ-nın American University, Washington, DC, Transmilli Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzində kriminal ədliyyə kursu keçib, doktorluq dissertasiyasını işləyib.
2004-cü ildə Rusiya Federasiyasının Səhiyyə və Sosial Təminat Naziliyinin Ümum-Rusiya Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində doktorluq dissertasiyasını müdafiə edib tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən Məhkəmə təbabəti kafedrası üzrə professor elmi ada layiq görülüb. 357 elmi işin müəllifidir.
1997–2013-cü illərdə ABŞ-nın "Procter & Gamble" şirkətinin Xarici əlaqələr üzrə meneceri, Fransanın "Servye" şirkətinin ölkə meneceri, Isveçrənin "Hoffmann La Roche" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri, FarmQafur, AvroMed, Asfarma, RiadFarma şirkətlərinin baş müşaviri, "Asfarmadan Sağlık Olsun" jurnalının baş redaktoru olmuş.
2000-ci ildə BMT-nin YUNİSEF Programının, 2010–cu ildən YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, 2020-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda Reabilitasiya, Əlillik və Köməkçi Texnologiyalar üzrə milli koordinatoru və məsləhətçisi, 2024-cü ildən Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunda Əlillik və Sağlamlıq üzrə İşçi Qrupun həmsədridir. 2011-ci ildə ilk dəfə olaraq YUNESKO-nun Bioetika Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilməsinin təşəbbüskarı və təşkilatçılarından olub.
2005–2010-cu illərdə İTV-də "Sağlam ol" verilişinin, İçtimai Radioda "Radioklinika" proqramının, 2011-ci ildə AzTV-də "Bioetika" verilişinin müəllifi və aparıcısı olub, 300-dən çox verilişi efirdə yayımladıb. ÜST-nin Baş Direktoru, Avropa üzrə Regional Direktoru, Türkiyə, Azərbaycan səhiyyə nazirləri ilə müsahibələri olub, Türkiyə Cümhuriyyətinin Azərbaycan Səfirliyi tərəfindən sağlık alanında büyük işbirliğinin inkişafına görə təltif olunub.
2007-ci ildən BDU-nun Hüquq fakültəsində məhkəmə təbabəti fənni üzrə dərs deyir. 2011-ci ildən fakültənin Kriminalistika və məhkəmə ekspertizaları kafedrasının, 2018-ci ildən YUNESKO-nun İnsan hüquqları və informasiya hüququ kafedrasının professorudur. 2018-2022-ci illərdə BDU-nun Hüquq fakültəsində "Beynəlxalq hüquq, insan hüquqları" ixtisası üzrə tibbi hüquq və bioetika sahəsində Azərbaycanda ilk doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 2023-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri doktoru elmi dərəcəsi verilib.
2008-cü ildən Dünya Tibbi Hüquq Assosiasiyasının üzvüdür. 2012-ci ildən Assosiasiyanın İdarə Heyətinin üzvü seçilib Azərbaycanı bu qurumda təmsil edir. 2016-cı ildə Dünya Tibbi Hüquq Assosiasiyasının İcra Komitəsinə vitse-prezident və xəzinədar, 2018-2024-cü illərdə hər 2 ildən bir Birinci vitse-prezident kimi seçilib, 2024-cü ildə DTHA-nın Baş katibi seçilib. 2017-ci ildə Azərbaycanda keçirilən elm sahəsi üzrə ilk Dünya Konqresinin — 23-cü Dünya Tibbi Hüquq Konqresinin Təşkilat komitəsinin rəhbəri, Elmi Programının sədri olmuşdur. 2018, 2019, 2023-cü illərdə 24-cü (Tel-Aviv, İsrael), 25-ci (Tokio, Yaponiya) və 27-ci (Vilnyus, Litva) Dünya Tibbi Hüquq Konqreslərinin elmi proqramlarının həmsədri, Təşkilat komitəsinin sədr müavini olmuşdur.
2010–2014-cü illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda Tibbi Hüquq və Bioetika şöbəsini yaradıb ona rəhbəlik edib, 2011–2013-cü illər İnstitutun elmi işlər üzrə direktor müavini olmuşdur. Tibbi hüquq və bioetika, məhkəmə təbabəti, beynəlxalq hüquq və insan hüquqları, səhiyyənin təşkili, siyasi institutlar ixtisasları üzrə 18 doktorluq və namizədlik dissertasiyalarına elmi rəhbərlik və məsləhətçilik edib, 2 doktorluq və 8 namizədlik dissertasiyası artıq müvəffəqiyyətlə müdafiə olunub. 2010-2021-ci illərdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şürasının üzvü olub.
2013–2016-cı illərdə Heydər Əliyev Məkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru olub. "Milan Expo 2015" Dünya Sərgisində ilk dəfə Azərbaycanın milli pavilyonu ilə təmsil olunmasında 2013–2014-cü illərdə pavilyonun tematik konsepsiyasının müəllifi, Tərtibat üzrə İşçi Qrupun rəhbəri, 2015-ci ildən Baş komissarın müavini təyin edilmişdir. 146 iştirakçı ölkə arasında Azərbaycan pavilyonu tarixdə ilk iştirakla Dünya Sərgisinin 2 Qran-Prisini qazanmışdır. Pavilyonun 6 ay ərzində 23 milyon insanın ziyarət etməsi bu layihəni Azərbaycanın xaricdə keçirdiyi ən uğurlu təbliğat layihələrindən etmişdir. Həmçinin, Mərkəzin İDEA və FAO layihələrinin koordinatoru olub.
2019 - 2022-ci illərdə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokurorun Ofisinin Məhkəmə Ekspertizaları üzrə Elmi Məşvərət Şürasının üzvü, panel sədri, Məhkəmə Ekspertizaları Şöbəsinin dəvətli professoru olub.
2020-2023-cü illərdə Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan Ofisində Əlillik, Reabilitasiya və Köməkçi Texnologiyalar Proqramının rəhbəri, milli koordinatoru və milli məsləhətçisi vəzifəsində işləyib, 20204-cü ildən ÜST-ün Avropa regionu üzrə Əlillik və Sağlamlıq İşçi Qrupunun eksperti və həmsədridir.
02 fevral 2023-cü ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavinidir. Reabilitasiya və Köməkçi texnologiyalar onun kurasiyasına aiddir. 2024-cü ildə Türkiyə Respublikasına, 2025-ci ildə isə Özbəkistana DTSERA-nın təcrübə mübadiləsi səfərlərində nümayəndə heyətlərinin rəhbəri olmuşdur.
Siyasi fəaliyyət:
1990-cı ildə Kommunist Partiyasının üzvü olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikasının Komsomol təşkilatının Mərkəzi Komitəsinin büro üzvü seçilib Azərbaycan tələbələrini büroda təmsil edib.
2010–2020-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
9 fevral 2020-ci ildə növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi II seçki dairəsindən deputatlığa müstəqil (bitərəf) namizəd olmuşdur və exit-poll nəticələrinə görə (71%) böyük fərqlə dairənin qalibi olmuşdur.
2020-ci ilin avqust ayının 24-dən 2020-ci ilin sentyabr ayının 9-a dək Ədalət Partiyasının sədrinin xarici əlaqələr üzrə müavini olmuşdur. 2020-ci ilin 9 sentyabr tarixində vəzifəsinin icrasına və Ədalət Partiyasında siyasi fəaliyyətinə xitam verdi.
Ailəsi Atası, Qurban Cavad oğlu Məmmədov, 1981-ci ildə rəhəmətə gedib. ATU-nun nevrologiya kafedrasının dosenti olub. Anası, Tinatin Məmməd qızı Əliyeva, YAP veteranı, "Heydər Əliyevin 100-illiyi" medalı, YAP Səbayıl rayon Qadınlar Şürasının sədr müavini, Azərbaycanın əməkdar müəllimi, Azərbaycan Pedaqoji universitetin riyaziyyat kafedrasının müdiri olub. Əmisi, Ali Sovetin sabiq sədri, millət vəkili, ATU-nun sabiq rektoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Cavad oğlu Məmmədov. Dayısı, AMEA Prezidentinin müşaviri, AMEA-nın akademiki, Kibernetika ET İnstitutunun sabiq direktoru, Telman Abbas oğlu Əliyev. 2 evladı var
Məqalələr Forensic Medicine (ingilis dilində) ("Məhkəmə təbabəti") Dərsliyi — Bakı, Elm və Təhsil nəşriyyatı, 2012 – 536 s. Məhkəmə təbabəti" Dərsliyi — Bakı, Elm və Təhsil nəşriyyatı, 2012 – 521 s. Ekoloji menecment (Dərs vəsaiti, 2 cilddə) — Bakı, Heydər Əliyev Mərkəzi, İDEA. — 824 s. YUNESKO-nun Bioetika Baza Tədris Proqramı Azərbaycan dilində — Bakı, AMEA Insan Hüquqları Institutu. 2011. — 68 s. Судебно-медицинская диагностика отравлений этанолом и его суррогатами по морфологическим данным. Монография. Руководство для врачей. — Медицинское Информационное Агентство, Москва – 2004. 438 s. – Həmmüəlliflər Y. İ. Piqolkin, Y. Y. Morozov Острая и хроническая алкогольная интоксикация. Монография. Руководство для врачей. — Медицинское Информационное Агентство, Москва – 2003. 279 s. – Həmmüəlliflər Y. İ. Piqolkin, Y. Y. Morozov
Üzv olduğu qurumlar Avropa Səhiyyə Hüququ Assosiasiyasının (EAHL) İdarə Heyətinin üzvü (2011–2017), Vitse-prezidenti (2017–2019) İpək Yolu Ölkələrinin Məhkəmə Ekspertizaları Konsortsiumunun (SRFC) təsisçi üzvü və Vitse-prezidenti(2017-h.h.) Dünya Tibbi Hüquq Assosiasiyasının (WAML) Baş katibi (2024), Birinci Vitse-prezidenti (2018), Təhsil komitəsinin sədri (2018), Vitse-prezidenti və Xəzinədarı (2016), İcra Komitəsinin üzvü (2016), İdarə Heyətinin üzvü (2012), üzvü (2008) AMEA Rəyasət Heyətinin və YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası Milli Komitəsinin üzvü (2011–2016), sədr müavini(2016) Dünya Müəllimlər Forumunun (WTF) İdarə Heyətinin üzvü (2014) AR "Tibbi Hüquq və Bioetika" İctimai Birliyinin sədri (2011) AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü (2011–2021) UNESCO-nun eksperti, UNESCO-nun Bioetika Kafedraları Beynəlxalq Şəbəkəsinin Azərbaycan bürosunun rəhbəri (2010-h.h.) Amerika Məhkəmə Təbabəti Assosiasiyasının (ACLM) Fəxri üzvü (2011-h.h) AR SN-nin Xəstəxana ölümü analizi üzrə Ekspert komissiyasının üzvü (2009–2011) Asılıqlarla Mübarizə üzrə Amerika Cəmiyyətinin (ASAM) üzvü (1999–2017)