SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
Tarixi Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
2017-ci ildə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 8 saylı, "Qərbi Abşeron" yatağının 50 saylı, ‘’Bulla’’ yatağının 6 saylı və 18 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Mükafatlar 2010-cu ildə Yeni Qazma Texnologiyalarının və yeni İdarəetmə Metodlarının Tətbiqi nominasiyası üzrə Caspian European Club tərəfindən İLİN ŞİRKƏTİ adına layiq görülmüşdür. 2011–2013-cü illərdə də Caspian European Club tərəfindən İLİN QAZMA ŞİRKƏTİ mükafatına layiq görülmüşdür 2015-ci ildə BP Azərbaycanın yerli müəssisələr arasında elan etdiyi Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi nominasiyası üzrə İLİN ŞİRKƏTİ Mükafatını almışdır. "Caspian Business Award — 2016" mükafatına layiq görülərək İLİN QAZMA ŞİRKƏTİ elan edilmişdir.
İstinadlar IADC Contractor Members SOCAR-AQŞ Amerika Neft İnstitutunun "API Spec Q2" sertifikatına layiq görülüb
Həmçinin bax Azəri-Çıraq-Günəşli Neft Daşları
Kateqoriya:Azərbaycanda neft sənayesi