() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbii halda İtaliyada və Aralıq dənizyanı ölkələrində bitir.

Botaniki xarakteristikası Hündürlüyü 50-60 sm-ə çatan kol bitkisidir. Yarpaqlarının uzunluğu 3,5 sm-ə qədər olub, lələkvari bölünmüşdür. Cavan yarpaqları açıq-yaşıl, yaşlıları isə boz-gümüşü rəngdə, tükcüklüdür. Sarı rəngli ətirli çiçəkləri uzun çiçək saplaqlarında yerləşmişdir. İyun-avqust aylarında çiçəkləyir. Çobanyastığının qoxusuna bənzər güclü ətri vardır. Toxumları oktyabrda yetişir. Toxum və qələmlərlə çoxaldılır.

Ekologiyası Günəşli, isti, quru torpaqlarda bitir. Sərt şaxtalarda yerüstü hissəsi donur.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində introduksiya oçunmuşdur. Bakı şəhərinin park və bağlarında mədəni şəraitdə becərilir.

İstifadəsi Çiçəkliklərdə, qazonlarda, müxtəlif kompozisiyaların qurulmasında qiymətli bitkidir. Yarpaqlarından alınan ekstraktlardan aromaterapiyada bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları