() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinin növünə aid heyvan yarımnövü.

Konqo Demokratik Respublikasının şimal-şərqində və Uqandanın qərb hissəsində yaşayırlar. Həmçinin "Uqanda şiri"Allen, G. M. (1939). A Checklist of African Mammals. Bulletin of the Museum of Comparative Zoology at Harvard College 83: 1–763.Geptner, V. G., Sludskij, A. A. (1972). Mlekopitajuščie Sovetskogo Soiuza. Vysšaia Škola, Moskva. (In Russian; English translation: Heptner, V. G., Sludskii, A. A., Komarov, A., Komorov, N.; Hoffmann, R. S. (1992). Mammals of the Soviet Union. Vol III: Carnivores (Feloidea). Smithsonian Institution and the National Science Foundation, Washington DC). adı ilə tanınır.

Araşdırılma tarixi thumbnail|left|Virunqa Milli Parkı ərazisində Mərkəzi Afrika şirləri Amerikalı zooloq Coel Allen yarım növə Leo leo azandicus adını təklif edir və tipik nümunələrin təsvirini verir. Onun topladığı materiallar Amerika Diyarşünaslıq muzeyində saxlanılır. Bu erkək 1912-ci ildə parkın əməkdaşları tərəfindən muzey ekspanatı olmaq üçün vurulmuşdur. Muzeydə yırtrıcılara aid 588-ci eksponat olmuşdur. Allen bu yarımnövün masai şirlərinə yaxın olmasını qeyd etmişdir. Belə ki, kəllənin beyin strukturu və diş quruluşları baxımından eyni olsa da, rəng baxımından fərqlənirAllen, J. A. (1924). Carnivora Collected By The American Museum Congo Expedition. Bulletin of the American Museum of Natural History 47: 73–281.

1913-cü ildə Edmund Heller Uqanda şirləri üçün başqa elmi ad təklif edir: "Panthera leo nyanzae". 1924-cü ildə isə Allen Viktoriya gölünün şimalında yaşayan şirlər üçün "Panthera leo hollisteri" adını təklif edir. Bu dövrdə şirlərin eyni yarımnövə aid olması bilinmirdi

1930-cu ildə Reginald İnnes Pokok şirləri Pantera cinsinə daxil edirPocock, R. I. (1930). The lions of Asia. Journal of the Bombay Natural Historical Society 34: 638–665.. Con Ellerman və Terense Morrison-Skott yalnız iki yarımnöv qeydə alırlar: P. l. persica və Afrika şiri olan P. l. leo.Ellerman, J. R., and T. C. S. Morrison-Scott. (1966). Checklist of Palaearctic and Indian Mammals 1758 to 1946. Second edition. British Museum (Natural History), London.

Yayılma arealı və populyasiyasının statusu left|thumb Konqo çayı hövzəsində rast gəlinir. Onlar Virunqa Milli parkı ilə Viktoriya Milli parkı ərazisində böyük populyasiyaya malikdirlər. Əgər qanunsuz ovun qarşısı alınsa və onların ovlandığı heyvanlar ərazidə çoxala bilsə populyasiya bərpa olunacaqdırTreves, A., Plumptre, A. J., Hunter, L. T., & Ziwa, J. (2009). Identifying a potential lion Panthera leo stronghold in Queen Elizabeth National Park, Uganda, and Parc National Des Virunga, Democratic Republic of Congo. Oryx 43 (01): 60–66.

Bundan əlavə onlara Videpo Velley, Murçison Folls, Akaqera və Cənubi Sudan ərazisindəBauer, H., Van Der Merwe, S. (2004). Inventory of free-ranging lions Panthera leo in Africa. Oryx 38 (01): 26–31. rastlanılır.

Qorunma statusu 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən həssas növlər siyahısına daxil edilmişdir. Şirlər əsasən silahlı çobanlar tərəfindən öldürülür. Mərkəzi Afrika şirlərinin heç biri Species360 məlumatına görə bağlı şəraitdə saxılanılmırBarnett, R., Yamaguchi, N., Barnes, I., Cooper, A. (2006). The origin, current diversity and future conservation of the modern lion (Panthera leo)'' . Proceedings of the Royal Society B 273 (1598): 2119–2125.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Afrika yırtıcıları