Qüdrət Əhməd oğlu Səlimxanov () — Azərbaycan həkimi, tibb elmləri doktoru (1960), professor. 1979–1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının müdiri.
Həyatı Qüdrət Əhməd oğlu Səlimxanov 1905-ci ildə Bakı qəzasının Fatmayı kəndində anadan olub. İlk təhsilini kənddə dördsinifli ibtidai məktəbdə almışdır. Orta təhsilini Binəqədi kəndində almışdır. 1923-cü ildə Qüdrət Səlimxanov Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. 1929-cu ildə həmin universitetini bitiən Q. Səlimxanov ixtisas üzrə işləmək üçün Ağdama göndərilir. İlk əmək fəaliyyətinə Ağdam rayonundan başlayır. 1930-cu ildə Tibb İnstitutunun pataloji anatomiya kafedrasında işləmk üçün dəvət olunur. Kerç cəbhəsində polkovnik-həkim işləyib. Cəbhədəki xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə təltif edilib. 1943-cü ildə müharibədə yaralandıqdan sonra yenidən Azərbaycan Tibb Universitetinə qayıdır. Fəaliyyəti 1938-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə almışdır. 3 monoqrafiyanın, səksənə yaxın elmi məqalələrin müəllifidir. Onun rəhbərliyi altında 3 doktorluq, 8 namizədlik dissertasiya müdafiə edən yetirmələri olmuşdur. Akademik Zərifə Əliyevanın doktorluq dissertasiyasının opponenti olmuşdur. Qüdrət Səlimxanov 1961-ci ildə elmi-pedoqoji fəaliyyətinə görə SSRİ patoloqlarının Ümumittifaq Cəmiyyətinin plenum üzvü, Bakı şəhər patoloqlarının sədri, Ali Attestasiya Komissiyasının sədri olmub. Azərbaycan Sovet Ensiklopediyasının və "Azərbaycan tibb jurnalı" redaksiyasının üzvü olub. Mükafatları Qırmızı Ulduz ordeni Qırmızı Bayraq ordeni "Şərəf nişanı" ordeni Həmçinin bax İsa Səlimxanov Rza bəy Səlimxanov Xarici keçidlər Patoloji anatomiya kafedrası “Azərbaycanda siyasətçilərin çoxu ağır şizofrenikdir” - MÜSAHİBƏ Şəlalə Məhyəddin qızı Qqaranlıqdan işığa Nurlan nəşriyyatı, Bakı-2012
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər