Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor. Həyatı İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir. Fəaliyyəti Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. İstinadlar
Kateqoriya:1907-ci ildə doğulanlar Kateqoriya:1997-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycanın qadın həkimləri