Albert-Mboyo Sambi Lokonqa () — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Belçika futbolçusu. "Anderlext" klubunun akademiyasının yetirməsi olan Lokonqa həmin klubda peşəkar karyerasına 2017-ci ildə başlayıb.

Klub karyerası

Anderlext Lokonqa Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Lokonqa Anderlext klubu ilə ilk peşəkar müqaviləsini 10 noyabr 2017-ci ildə imzalamışdır. Lokonqa öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.

Milli komanda karyerası Əvvəllər Belçika U17, Belçika U19 və Belçika U21 kimi gənclər yığmasında oynamış Lokonqa 2021-ci ilin mart ayında əsas milli komandanın heyətinə salındı. Onun debütu 2 sentyabr 2021-ci ildə Dünya Kuboku seçmə mərhələsinin Estoniyaya qarşı səfərdə keçirilən oyuna təsadüf etdi, oyun 2:5 qonaqların qələbəsi ilə başa çatdı. O, 74-cü dəqiqədə Eden Hazardı əvəzlədi.

Şəxsi həyatı Sambi Lokonqa Belçikada anadan olmuşdur. Valideynləri isə Konqo vətəndaşlarıdır.Broertje van Mpoku tekent contractverlenging bij Anderlecht Voetbalkrant.com, 10 november 2017 Onun qardaşı Pol-Xose M'Poku peşəkar şəkildə futbolla məşğul olur.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolAnderlext2017–18Birinci Divizoun7000000070Ümumi karyera7000000070 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər

Anderlecht profile UEFA youth league profile Sport.de Profile

Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Lokonqa Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Kristal Pelas FK futbolçuları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Hamburq FK futbolçuları Kateqoriya:Konqo Demokratik Respublikası əsilli idmançılar Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular