200px|right|thumb|Аvqust Make. Rus baleti (1912)
Dyagilevinin rus baleti (, ) — rus teatr və incəsənət xadimi Sergey Dyagilev tərəfindən yaradılmış balet . 1908-ci ildən 1929-cu ilədək (Sergey Dyagilevin ölümünə qədər) 20 mövsüm boyunca davam etmiş «Rus sezonları”ndan yaranmışdır. Xaricdə, xüsüsən edir.Fransa и Böyük Britaniyada böyük uğur əldə «Rus sezonları” təkcə xoreoqrafiya deyil, bütövlükdə dünya incəsənətinin inkişafında mühüm təsir rolunu oynamışdır. Monako knyazı Pyer Polinyakın himayədarlığı altında onlar Opera Monte-Karlo teatrının binasında yerləşmişdilər.
İstedadlı təşkilatçı olan Dyagilev istedadları seçmək duyğusuna malik idi. O təşkil etdiyi sezonlara bütöv istedadlı rəqqas və xoreoqrafları dəvət etmişdir. Onlar arasında Vatslav Nijinski, Leonid Myasin, Mixail Fokin, Serj Lifar, Corc Balançin kimi istedadlar vardı. Dyagilevin tamaşalarının dekorasiya və geyimləri üzərində «İncəsənət dünyasının əməkdaşları » Leon Bakst və Aleksandr Benua çalışırdı. Sonradan hər zaman yeniliklərə meylli olan Dyagilev dekorator qismində Avropanın tanınmış rəssamları - Pablo Pikasso, Andre Deren, Koko Şanel, Anri Matissi və bir çox rus avanqardistləri — Natalya Qonçarova, Mixail Lariyonov, Naum Qabo, Antuan Pevzneri cəlb etmişdir. Bundan savayı Dyagilev həmin dövrün Rixard Ştraus, Erik Sati, Moris Ravel, Sergey Prokofyev, Klod Debüssi, İqor Stravinski kimi məhsuldar bəstəkarları ilə də əməkdaşlıq etmişdir.
Dyagilev tərəfindən təşkil edilən sezonlarda xoreoqrafiya üzrə əsas istiqaməy klassik baleti inkişaf elətdirmək idi. Nijinskinin müxtəlif rəqs formalarında etdiyi eksperimentlər öz dövrünü qabaqlayırdı və bu səbəbdən izləyicilər tərəfindən dərhal qəbul edilməmişdi. Fokin hərəkətlərə “zəngin plastika” əlavə etmiş», onun prinsiplərinin davamçısı olan Myasin isə xoreoqrafiyanı “qırıq və qəliz formalarla” zənginləşdirmişdir. Balançin isə tamamilə akademik rəqs qaydalarından uzaqlaşmış, baletlərinə daha ekspressionist səsləndirmə vermişdir. Dyagilevin Sezonları – xüsusilə ilk olanların proqramına «Simurq quşu», «Petruşka» və «Müqəddəs bahar» kimi baletlər daxil idi. Bu baletlər rus mədəniyyətinin Avropada populyarlaşmasında əhəmiyyətli rol oynamış və dəbin rus geyimlərinin üslubunda formalaşmasına səbəb olmuşdur. Məsələn, ingilis rəqqasları Patrik Hili-Key, Elis Marks və Hilda Manninq özlərinə ruz təxəllüsləri (müvafiq olaraq Anton Dolin, Alisiya Markova və Lidiya Sokolova) götürərək Dyagilevin truppasında çıxış etmişdilər. Onun sezonlarının məşhurluğu avropalıların ənənəvi rus kostyumlarına olan marağını artırmış və yeni dəb formalaşdırmışdır. Hətta Böyük Britaniya kralı VI Georqun gələcək həyat yoldaşı Yelizaveta Bouz-Layon toy mərasimində rus folklor ənənələrilə bəzədilmiş gəlinlik geyinmişdir..
Tarixi 250px|thumb|Dyagilevin portreti Valentin Serov (1909) 1906-cı Parisin Payız salonunda keçirilən rus rəssamlarının təmtəraqlı uğurundan sonra Dyagilev Rusiya imperator sarayı və Fransanın yüksək dairələrindəki nüfuzedici şəxlərin himayəliyi altında Rus sezonlarının (rus artislərinin hər il Parisə qastrolları bu adı almışdır) təşkilatçılığına başlamışdır. Bu sərgi birinci Rus sezonu hesab edilir.
1907-ci ildə sezonlar çərçivəsində Rimski-Korsakov, Raxmaninov, Qlazunov və başqalarının iştirakı ilə «Tarixi rus konsertləri» keçirilmişdir. Dyagilev Avropada məşhur olmayan şedevrləri proqrama daxil etmək qərarına gəlmişdir: Qlinkanın („Ruslan və Lüdmila operasından“ ilk hissə və üvertüra), Rimski-Korsakovun „Milad qabağı gecəsindən“ ilk hissə, , и две „Qarqız operasından iki mahnı“,„Mlada opera-baletindən “Triqlav dağında gecə“ adlı üçüncü hissə, „Çar Saltandan“ süita və „Sadkodan“ sualtı çarlıq olan hissə), Çaykovskinin (İkinci и Dördüncü simfoniyaları ,„Cadugərdən ariozo“), Borodinin „Knyaz İqorundan“ bir çox hissələr), Musorqskidən („Trepak“, „Gənə haqda mahnı“, „Boris Qodunovdan ayrı-ayrı hissələr”) Taneyevdən (İkinci simfoniya), Skryabinin Fortepiano üçün konsert və İkinci simfoniya )proqrama daxil edilmişdir.,
İfaçılar qismində o ən yaxşı pianistlərdən biri İosif Hofman, müğənnilərdən Feliya Litvin, Fyodr Şalyapin, Marianna Çerkaskaya, Yelizaveta Petrenko, Dmitri Smirnov, Vladimir Kastorski, macar drijjor Artur Nikişi dəvət etmişdir. Ardınca 1908-ci ildə opera sezonları baş tutmuşdur. Bu zaman, Şalyapin Musorqskinin «Boris Qodunov operasındakı» çıxışı ilə fransızları heyrətləndirmişdir. Dyagilev üçün “Rus baleti” fenomeni 1906-cı ildə Parisdə nümayiş olunan rus incəsənətinin sərgisi ilə başlaylb 1907-ci ilə qədər davam edən “Sezonlar” fenomeni kimi əhəmiyyətli deyildi. Məhz o fəaliyyətini “Sezonlar”la ölçür və onların sıralama nömrələrini afişalarda göstərir, yubiley sezonları isə qeyd edirdiş “ Rus baleti” sadəcə truppanın mövcud forması idi. “1909-cu ildə “rus sezonları”nın proqramında balet tamaşalarının göstərilməsinə baxmayaraq, ilk nümayiş 6 aprel 1911-ci il tarixində Monte-Karloda baş tutmuşdur..
İlk sezonların zəfəri
1909-cu il sezonu
Sankt-Peterburqa qayıdan Dyagilev 1909-cu il sezonunun hazırlıqlarına başlamışdır. Bu səfər operadan savayı rus baletinin qastrollarını təşkil etmək qərarına gəlmişdir. İlk əvvəl onun planlarına əngəl yaradacaq heç nə yox idi. Balerina Matilda Kşesinskayanın 1890-cı illərdə gələcək rus imperatoru II Nikolayla eşq münasibətləri yaşaması Sergey Dyagilevə imperator xəzinəsindən 25 000 rubl məbləğində subsidiya almağa və Ermitajda məşqlərin keçirməyə icazə vermişdir.
Həmfikirləri – rəssamlar Leon Bakst və Aleksandr Benua, bəstəkar Nikolay Çerepnin, balet tənqidçisi Valerian Svetlov və başqaları ilə Dyagilev tamamilə fərqli rus baleti yaratmaq işinə başlamışdır. Dyagilevin novator yanaşması “bədii düşüncənin vahidliyi və ifası”nda idi.Цитата по мемуарам Лифаря. Gələcək tamaşanın müzakirəsində layihənin bütün fəaliyyət göstərən simaları – xoreoqraflar, rəssamlar, bəstəkarlar və b. yaxından iştirak edərək süjetin tərtib etmiş, musiqi, rəqs, kostyum və dekorasiyaları müəyyənləşdirmişdilər. Son nəticədə əldə edilən tamaşa “xoreoqrafiya, musiqi və rəssamlığın harmonik sintezi” özündə əks etdirirdi.Комментарии к переписке Дягилева и Бенуа. Balet sezonları üçün truppa Peterburqdakı Mariinski və Moskvadakı Böyük teatrın aparıcı rəqqaslarından yığılmışdır. Anna Pavlova, Mixail Fokin, xanımı Vera Fokina, Tamara Karsavina, İda Rubinşteyn, Vatslav Nijinski, Aleksandr Monaxov, Matilda Kşesinskaya, Serafima Astafyeva, Böyük teatrın solistləri Vera Karalli и Mixail Mordkin və başqaları Dyagilevin dəvətini qəbul etmişdilər. Hazırlıqların qızğın davam etdiyi dönəmdə hökumət gözlənilmədən sezonlara dəstəyi saxlayaraq subsidiyanı ləğv etmiş və Ermitajda məşqlər aparmağı qadağan etmişdir. Bunun bir neçə səbəbi idi.1909-cu ilin fevralında Dyagilevin himayədarı knyaz Vladimir Aleksandroviç vəfat etmişdir. Daha sonra balet sezonlarında aparıcı partiyaları oynacağını güman edən Kşesinskayanın “Armida pavilyonu” baletində adi rol alması Dyagilevlə onun arasında mübahisəyə səbəb olmuşdur. Bunlardan savayı, imperator teatrının direktpru Vladimir Telyakovski də hər cəhdlə ona əngəl yaratmaq istəyirdi. Lakin yaxın dostları knyaz Arqutin-Dolqorukov, Sert Miziya və qrafinya Qreffül sezonların təşkili üçün lazımi vəsaiti toplaya bilmişdilər.
1909-cu ilin aprelində Dyagilevin truppası Parisə yollanmışdır. Bununla yanaşı belə gərginləşmiş rejimdə sonuncu repetisiyalar aparılmışdır. Repertuar Mixail Fokinin hazırladığı 5 baletdən ibarətdir. 19 may tarixində “Armida pavilyonu”, “Poloveç rəqsləri” və “Ziyafət”, 2 iyun tarixində “Silfida” və “Kleopatra” baletləri tamaşaçılara nümayiş olunmuşdur. Balet sezonlarını premyerası zəfərlə yekunlaşmışdır. İctimaiyyət və tənqidçilər rus rəqqaslarının (xüsusilə Nijinski, Pavlova və Karsavina) ustalıq səviyyəsi, Rerix, Bakst və Benuanın hazırladığı unikal dekorasiyalar və kostyumlar, baletlərin musiqi əsasını təşkil edən Rimski-Korsakov, Musorqski, Qlinka, Borodin və başqa bəstəkarların əsərləri barədə yüksək fikirdə olduqlarını dilə gətirmişdilər. Sonralar Jan Kokto ilk nümayişlərdən sonra öz təəssüratlarını belə ifadə etmişdir:
1910-cu il sezonu 250px|thumb|"Şəhrizadə" baletinin premyera nümayişinin proqramı (1910) 250px|thumb|Leon Bakst. «Simurq quşu» baletində kostyumun eskizi (1910) Sezonun sonunda Dyagilev bir müddət əvvəl rastlaşdığı problemləri xatırlayaraq baron Dmitri Qinsburqu kompanyonu etmiş və onun maddi dəstəyinə ümidini bəsləmişdir. Artıq pul barədə düşünməyən Dyagilev truppasına əlavə olaraq yeni rəqqaslar – Lidiya Lopuxoca, Yekaerina Qelçer, Aleksandr Volınini dəvət etmişdir.
Repertuara ilk olaraq Şumanın musiqisi əsasında artıq nümayiş olunmuş “Jizel” və Karnaval” baletləri, ardınca Şuman, Rimski-Korsakovun «Şəhrizadı» nümayiş olunmuşdur. Bundan savayı, Dyagilev задумал поставить балет «Simurq quşu baletini» qədimi rus nağılları mövzusunda qoymağı qərara almşdır. Musiqi müşayiəti isə ənənəvi rus motivlərinə uyğun olmalı idi. Bunun üçün Dyagilev yaradıcılığında rus xalq mahnılarından istifadə edən Anatoli Lyadova sifariş vermişdir. Lakin deyilən vaxta işi bitirə bilməmişdir. Bu səbəbdən o konservatoriyada çıxışını eşitdiyi gənc və az tanınan bəstəkar İqor Stravinskiyə sifarişi vermək qərarına gəlmişdir. Onların əməkdaşlığı kifayət qədər məhsuldar olmuşdur. Bu baletdə (“Jizel”) aparıcı partiyanı Anna Pavlova oynamalı idi. Lakin bir sıra səbəblərdən onun Dyagilevlə münasibətləri pozulmuş və o truppanı tərk etmişdir. Pavlovanı Tamara Karsavina əvəz etmişdir.
1910-cu ilin may və iyun aylarında Parisin Qrand-opera teatrının dəbdəbəli zalında nümayişin premyerası baş tutmuşdur. “Şəhrizad” və “Simurq quşu” digərləri ilə müqayisədə daha çox uğurlu olmuşdur. Yazıçı Anri Geon “Simurq quşu” baletini “hərəkət, səs və formalar arasında möhtəşəm tarazlıq” adlandırmışdır. . Lakin bu uğurun görünməyən tərəfləri də vardı. Dyagilevin sezonları sayəsində məşhurluq qazanmış bir sıra artistlər əcnəbi teatrlara gedərək truppanı tərk etmişdilər. Qalmaqal nəticəsində Nijinskinin Mariinski teatrından qovulmasından sonra Dyagilev daimi truppa yığmaq qərarına gəlir. İmperator baletinin çoxlu rəqqasları onunla daimi müqavilə bağlamaq qərarına gəlmişdir. Mariinski teatrında qalmaq istəyənlər – məsələn, Karsavina, Kşesinskaya (həmin vaxtda Dyagilevlə barışmışdır) əməkdaşlığı davam etdirməyə razılıq vermişdilər. Dyagilevin repetisiya və hazırlıqlarının yerləşdiyi əsas baza Monte-Karloda yerləşirdi.
1911-ci il sezonu Monte-Karloda olarkən Dyagilev 1911-ci ilin repertuarı ilə məşğul olmuşdur.Fokin tərəfindən daha yeni beş balet hazırlanmışdır. Bunlar “Sualtı çarlıq” (“Sadko” operası), “Narsiss”, “Peri”, Nijinski və Karsavinanın əsrarəngiz pa-de-desini özündə əks etdirən “Qızılgül kabusu” və sezonun əsas yeniliyi sayılan İqor Stravinski Stravinskinin “Petruşka” dram baleti idi. Baletin final səhnəsində ölən yarmarka təlxəyi obrazında Nijinski çıxış etmişdir. Balerina Natalya Truxanova ilə olan münaqişə səbəbindən Dyagilev “Peri”dən savayı digər baletləri 1911-ci ilin iyununda Monte-Karlo və Parisdə nümayiş olunmuş və əvvəlki sezonlardakı baletlər kimi populyarlıq qazanmışdır. Bundan başqa, Dyagilev planlaşdırdığı vaxtda,noyabrında Londonda «Qu gölü (balet) Qu gölü baletini» nümayiş etdirmişdir.
Uğursuzluqlar
1912-ci il sezonu Yeni sezondan Dyagilev balet haqda ənənəvi düşüncələrdən uzaqlaşaraq yeni, eksperimental formalara doğru istiqamət götürərək antreprizinin xarakterini dəyişməyə başlamışdır.Əvvəllər onun balet musiqilərinin əsasını bəzi istisnaları çıxmaq şərtilə (“Silfidalar”, “Jizel”, “Qızılgül kabusu”)rus bəstəkarlarının əsərləri təşkil edirdi.1912-ci ildən başlayaraq Dyagilev əcnəbi bəstəkarlara müraciət etməyə başlamışdır.