Zübeydə Sultan () — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.
Həyatı Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi.
6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Əri uzun müddət müxtəlif əyalətlərdə xidmət etdi.
Sultan Əhmədin digər qızları kimi Zübeydə Sultan da gənc yaşda 1756-cı ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn olundu.
Mənbə
Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. p. 303. ISBN 978-9-753-29623-6 Târîh-i Râşid ve Zeyli (Râşid Mehmed Efendi ve Çelebizâde İsmaîl Âsım Efendi) (1071-1141/1660-1729) Cilt I-III. 2013. ISBN 978-6-055-24512-2 Haskan, Mehmed Nermi (2008). Eyüp Sultan tarihi – Volume 1. Eyüp Belediyesi Kültür Yayınları. ISBN 978-9-756-08704-6 Uluçay, Mustafa Çağatay (1985). Padışahların kadınları ve kızları. Türk Tarihi Kurumu Yayınları. p. 220. Şemʼdânî-zâde Fındıklılı, Süleyman Efendi (1976). Aktepe, M.Münir, ed. Şemʼdânî-zâde Fındıklılı Süleyman Efendi târihi Mürʼiʼt-tevârih-Volume 1. Edebiyat Fakültesi Matbaası
Kateqoriya:Osmanlı sultanlarının qızları