right|thumb|200px|İlk tritaqonist rolunu canlandıran aktyorlardan biri Esxin Tritaqonist və ya üçüncü baş qəhrəman ( – üçüncü aktyor; — «üçüncü» və – «rəqabət»; – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.

Tarix Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır. Beləliklə, prinsipial personaja daha böyük bir şəxsiyyət dərinliyi verilir. Qədim Yunanıstan teatrının bədii qiraətləri qismən melodik olduğundan, tritaqonistin rolu adəti üzrə ifaçıya verilirdi. Mark Tulli Siseron "Divinatio in Caecilium" adlı əsərində tritaqonist protaqonistindən təbii olaraq daha güclü olanda onun öz səsini tez-tez "fəth etməli" olduğunu yazır.

Bu rolu canlandıran görkəmli qədim yunan aktyorlarına Esxin və Minisk daxildir. Qədim yunan teatrlarının bəzi formalarında tritaqonistin səhnəyə soldan daxil olması ənənəvi bir hərəkət idi.

İstinadlar

Kateqoriya:Qədim Yunanıstan teatrı Kateqoriya:Dram Kateqoriya:Rollarına görə protaqonistlər Kateqoriya:Dramlar Kateqoriya:Teatr terminləri