İrvinq Penn (; ) — XX əsrin ən nüfuzlu fotoqraflarından biri, moda fotoqrafiyasının ən vacib nümayəndəsi olan Amerika fotoqrafı.

Həyat və işi 1917-ci ildə inqilabdan sonra Rusiyanı tərk edən immiqrant yəhudi ailəsində doğulub. On səkkiz yaşında İrvinq Filadelfiya İncəsənət Muzeyinin nəzdindəki dördillik reklam dizaynı kursuna yazıldı. Peşə təhsili ilə yanaşı o Harper's Bazaar jurnalında kuryer kimi işləyir, həmçinin rəssama ayaqqabı eskizlərini çəkməyə kömək edirdi. 1938-ci ildə təhsilini bitirərək "Junior League" jurnalının incəsənət redaktoru olmuş, sonra isə Saks Fifth Avenue univermağında analoji vəzifəyə keçmişdir. Lakin iyirmi beş yaşında işdən çıxaraq Mexikoya yollanmış, burada il boyu şəkillər çəkmişdir.

Nyu-Yorka qayıtdıqdan sonra Penn müsahibəni müvəffəqiyyətlə keçərək Vogue jurnalının incəsənət redaktoru Aleksandr Libermanın köməkçisi oldu. 26 yaşlı dizaynerin jurnalın üz qapağının necə görünməli olduğuna dair öz təsəvvürü var idi, lakin jurnalın fotoqrafları ilə bu məsələdə anlaşa bilmədiyinə görə Liberman ona kameranı götürməyi məsləhət gördü və 1 oktyabr 1943-cü ildə İrvinq Pennin ilk fotoşəkli Vogue jurnalının üz qapağında çıxdı. Fotoqraf ölümünə qədər Vogue moda jurnalına şəkillər çəkmişdir. Penn həyatı boyu ən azı altı kitab çıxarıb. 7 oktyabr 2009-cu ildə Manhettendəki evində 92 yaşında vəfat edib.

Xarici keçidlər Rəsmi sayt Dünya muzeylərində işləri Irving Penn: Small Trades at the J. Paul Getty Museum Irving Penn: Platinum Prints at the National Gallery of Art Gallery of 123 photos by Irving Penn Art News Online article on a Penn photo Irving Penn gallery Irving Penn at Luminous Lint Irving Penn in Paris in the 50'

Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:Portret fotoqrafları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları