İndiqo — tünd göy və bənövşəyi rənglər arasındakı orta rəng, bənövşəyi rəngin bir tonu. Görünən işıq spektrində, indiqo 420 ilə 450 nanometr arasındakı bir hissəni tuturEncyclopedia of Physics . Adı Hindistanda yetişən indiqo bitkisindən götürülmüşdür, həmin bitkidən də uyğun bir boya çıxarıldı və indiqo rəngi adlandırıldı. İngilis dilində bu rəng "hind mavisi" () adlanırArthur C. Hardy and Fred H. Perrin. The Principles of Optics. McGraw-Hill Book Co., Inc., New York. 1932.. thumb|150x150px|İndiqo Nyutonun rəng çarxında İsaak Nyuton indiqonun göy qurşağının yeddi rəngindən biri olduğunu qeyd etmişdir. Ənənəvi olaraq, Nyutona yüksələn indiqo, klassik yeddi rəngli optik spektrinə daxil edilir, lakin müasir alimlər onu ayrı rəng hesab etmirlər və bənövşəyi kimi təsnif edilirlər.
İstinadlar
Kateqoriya:Rənglər Kateqoriya:Göy qurşağı