Mahmud Muxtar Paşa () (1867 - 16 Mart, 1935)Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, İstanbul, 1968, s. 19. — Osmanlı generalı və dövlət xadimi. Əhməd Muxtar Paşanın övladıdır.

Həyatı 1867-ci ildə İstanbulda anadan olmuşdurŞerifoğlu, Ömer Faruk, "Mahmud Muhtar Paşa (Katırcıoğlu)" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık C.2 s.69 ISBN 975-08-0072-9, Rusiya-Osmanlı müharibəsinin Qafqaz cəbhəsi komandiri sədrəzəm qazi Əhməd Muxtar Paşanın oğludur. 1885-ci ildə Hərbi məktəbə daxil oldu, daha sonra Almaniyaya göndərilərək 1888-ci ildə Mets şəhərindəki Hərbi məktəbi bitirdi. Bir leytenant kimi Prussiya Ordusunda xidmət etdi və İstanbula geri döndükdə Hərbi məktəbdəki "Erkanı Harbiye'nin Görevleri" fənnini tədris etdi.

O, 17 sentyabr 1909-cu ildə Aydın qubernatorluğuna təyin edildi və 2 oktyabr 1910-cu ildə Dəniz donanmasında xidmətə başladı və qubernator vəzifəsini tərk etdi. 1913-cü ildə Berlin səfirliyinə təyin edildi.

Əsərləri Mahmud Muxtar Paşa tarix və siyasət mövzusunda müxtəlif əsərlərin müəllifir.

Ailəsi 4 sentyabr 1896-cı ildə Misir xədivi Kavalalı İsmayıl Paşanın qızı Nemətullah xanımla evlənmişdir. Cütlüyün bu nigahdan 5 övladı doğulduğu bilinir

Əminə Dürriyə xanım (avqust 1897-1975), İsveçrə və Almaniyada rəsm təhsili aldı. 1921-ci ildə müşir Fuad Paşanın oğlu diplomat Əhməd Hülusi Fuad Tuqayla (1890-1967) evləndi. İsmayıl Muxtar Qatırçıoğlu (1900-1953), 1914-cü ildə Avstriyaya göndərildi. Avstriya və Almaniya ordusunda iştirak etdi. İsgəndəriyyədə baş verən bir qəza nəticəsində vəfat etmişdir. Xəlil Muxtar Qatırçıoğlu (1901-1932), 1925-ci ildə Fəthi Əhməd Paşanın nəvəsi Nüveyrə Hasağa ilə evlənmişdir. Xərçəng xəstəliyindən vəfat etmişdir. Nemət xanım (1926-1933) Feyzullah Muxtar (1928-), Oksfordda təhsil aldı. Julia Pitt Bennet ilə evləndi. İbrahim Hüseyn (1952-) Nemət xanım (1954-) Ömər Muxtar Qatırçıoğlu (1902-1936), 1925-ci ildə II Abbas Hilmi Paşanın qızı Lütfiyə Şövkət Hilmiylə evləndi. Yena və Göttingen Universitetlərində təhsil aldı. Bir müddət Cenevrədə BMT üçün çalışdı. 1932-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində çalışmağa başladı. Vyanada bağırsaq xərçəngi səbəbilə vəfat etdi. Əminə Nəşədil (1927-), İzmirli Tuzcuzadələrdən Rəcəb Bülent Talı ilə evlənmişdir. Nemətullah xanım Naima Nəşədil xanım Xədicə Zeynəb xanım Zəhra Qədriyyə (12 mart 1929 - 15 may 2012), Əhməd Tuqay ilə evləndi. Yusif Kamil (1950-) Fatma Nəcla (1951-) Mehmed Bülent (1953-) Davud Osman (1959-) Səlim Ələddin Muxtar Qatırçıoğlu (11 oktyabr 1910-1980), Yel Universitetində kənd təsərrüfatı üzrə təhsil aldı. Misir xədivi II Abbas Hilmi Paşanın qızı Lütfiyə Hilmiylə evlənmişdir. 1954-cü il inqilabından sonra Türkiyəyə qayıtdı. Dəri xərçəngi səbəbilə Fransada vəfat etdi.

Həmçinin bax Osmanlı-Yunan müharibəsi (1897) İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri

İstinadlar

Xarici keçidlər [Mahmut Muhtar Katırcıoğlu'nun "Resimli Kitap" dergisinde çıkan kapak fotoğrafı]

Kateqoriya:1867-ci ildə doğulanlar Kateqoriya:1935-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyə generalları Kateqoriya:Osmanlı imperiyasının hərb tarixi Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri