Gevorkov Boris Sərkisoviç () — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi (1973–1988). SSRİ Ali Sovetinin Millətlər üzrə Şurasının 9–11 çağırışında Dağlıq Qarabağ Muxtar Vilayətindən millət vəkili (1974–1989).
Həyatı 1932-ci ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1954-cü ildən Bakı şəhəri komsomol Komitəsinin təlimatçısı, lektor qrupunun müdiri, təşviqat və təbliğat şöbəsi müdirinin müavini, əvvəlcə Dzerjinski rayonu, daha sonra Nərimanov rayonu komsomol komitəsinin sədrinin birinci müavini. 1961-ci ildən partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Azərbaycan KP MK-nın təşkilati-partiya işləri şöbəsinin inspektoru, 1970-ci ildən respublikanın Kirov raykomunun birinci katibi olmuşdur.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edilən Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi ilə münaqişəyə girdi. 1973-cü ildə Boris Kevorkov Qurgen Melkumyanın yerinə Sov. İKP Dağlıq Qarabağ vilayət komitəsinin birinci katibi vəzifəsinə təyin edildi.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayəti Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər