() — aləminin tipinin sinfinin dəstəsinə aid heyvan fəsiləsi.

Ümumi təsviri Fəsilənin nümayəndələri əsasən kiçik, nadir hallarda isə iri yarasalardır. Başı enli və yastıdır. Üst dodağı sallaq ətli büküşün içərisinə yığılmış, üzəri sərt qıllarla örtülmüşdür. Qulaqları önə uzanmış və başın üst səthi səviyyəsində yerləşmişdir. Qulaqları enli və qalındır. Çox vaxt iç kənarları ilə başın üzərində bitişir.

Qanadları ensiz və itidir. Yoğun əzələli quyruğu, az qala yarıya qədər omaarası pərdədən kənara çıxır. Traqusu qısa və enlidir. Boynunun ətrafında iri dəri qırışlar vardır.

Yayılması Yer kürəsinin tropik və subtropik vilayətlərində yayılmışdır. Şərq yarımkürəsində Aralıqdənizi ölkələrində, Asiya, Afrika və Avstraliyanın tropik və subtropik qurşaqlarında rast gəlinir. Qərb yarımkürəsində cənubi Argentina, Çilidən ABŞ mərkəzi ştatlarına və Qəraib dənizi hövzəsinin adalarına qədər yayılıb. Fəsilənin 85 – yə yaxın müxtəlif nümayəndələri 12 cinsdə birləşir. Qafqazda bir cins və bir növlə təmsil olunmuşdur. Hər yerdə arealın hüdudlarında nadirdir.

Cinsləri Mormopterus Sauromys Platymops Molossops Neoplatymops Myopterus Böyükdodaq - Tadarida Kiçik bükükdodaq -Chaerephon Böyük bükükdodaq - Mops Böyükqulaq bükükdodaq - Otomops Cənubi Amerika bükükdodağı - Nyctinomops Eumops - Eumops Enlisifət - Molossops Kəkilli bükükdodaq - Promops Məxməri bükükdodaq - Molossus Tomopeas Cheiromeles

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cənubi Amerika məməliləri Kateqoriya:Asiya məməliləri Kateqoriya:Şimali Amerika məməliləri